Biləsuvar rayon Mərkəzi kitabxanası

Biləsuvar rayon MKS
Rayon haqqında
2 Mart , 2015

 

Ərazisi - 1360 km2.
Əhalisinin sayı - 95741 nəfər.
Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 25 kənd.
Əhali sıxlığı – 71 nəfər/km2.
Iqtisadi rayon - aran (iqtisadi rayonu).
Nəqliyyat vasitəsinin kodu - 12.
Telefon kodu – 2529-5-xx-xx.
Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.

         Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb.İndiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.

         Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H.Əliyev adına İdman və Sağlmlıq Kompleksi ərazisində Qarabağ uğrunda həlak olmuş şəhidlərə və 20 Yanvar şəhidlərinə xatirə kompleksi və Dərvişli kəndində 20 Yanvar şəhidlərinə xatirə kompleksi abidələri ucaldılmışdır.